Tvin TV ilə əyləncəli və interaktiv TV təcrübəsi

247 TV kanal, pulsuz cihaz və 7 günlük arxiv bir arada

Tvin TV

Filmlər, seriallar, telekanallar və bir çox rəqəmsal imkanlar bir arada

Tvin TV –ni əldə etməklə, siz 247 ədəd TV kanalı izləmək imkanı əldə etmiş olursunuz. Verilişlərin 7 günlük arxivini heç bir yaddaş kartı olmadan izləyə və avadanlıqda “YouTube” və "Netflix" kimi tətbiqlərdən istifadə edə bilərsiniz. Beləliklə sizin adi TV-niz, Smart TV funksiyalarına malik olur.

Haqqımızda

Üstünlüklər

57-si HD olmaqla 247 TV kanal

57-si HD olmaqla 247 TV kanal

Yerli, rus, türk və bir çox xarici kanalları bir arada izləyin

7 günlük arxiv

7 günlük arxiv

7 günədək əvvələ qayıdaraq yayımlanmış film və ya verilişləri təkrar izləyin.

Kanallarda çoxdilli səsləndirmə

Kanallarda çoxdilli səsləndirmə

Fərqli dilləri dəstəkləyən kanalların yayım dilini asanlıqla dəyişin.

Valideyn nəzarəti

Valideyn nəzarəti

Müəyyən TV kanalların izlənilməsini məhdudlaşdırın.

Kabelsiz və antensiz qoşulma

Kabelsiz və antensiz qoşulma

Yalnız HDMI vasitəsilə rəqəmsal TV-ni aktivləşdirin.

Youtube və Netflix

Youtube və Netflix

İstədiyiniz filmləri və videoları yüksək keyfiyyətlə izləyin.

Tvin Tv ilə daha çox imkanlar

24/7 texniki dəstək

Ekran ölçüsünün optimallaşdırılması

Uzaqdan proqram təminatının yenilənməsi

TV-nizi Smart TV-yə çevirmə imkanı

247 TV kanal bir arada

Tvin TV vasitəsilə 57-si HD olmaqla 247 TV kanalı rahatlıqla izləyə bilərsiniz. Kateqoriyalı kontentin mövcudluğu sizi maraqlandıran kanalları rahatlıqla tapmağınıza imkan verəcək.

247 TV kanalı

Azərbaycan, rus, türk və bir çox xarici kanalları bir arada izləyin.

57 HD kanal

HD keyfiyyəti ilə 57 kanaldan maksimum təmiz görüntü əldə edin.

7 günlük arxiv

Vaxtı geri çəkərək TV kanalların yayımlarını 7 günədək təkrar izləyin.

Sənə uyğun tarifi seç

Tez-tez verilən suallar

Tvin TV nədir?

Tvin TV-ə qoşulduqda sizin adi TV-niz Smart TV funksiyaları qazanır. Müxtəlif dillərdə yayımlanan 247 telekanalı izləmək, “YouTube” və “Netflix” kimi tətbiqlərə qoşulmaq, yaddaş kartına ehtiyac olmadan yayımlanmış veriliş və filmlərə 7 günədək əvvələ qayıdıb baxmaq imkanı sizə fərqli TV təcrübəsi yaşadacaq.

Rəqəmsal TV və kabel TV arasında fərq nədir?

Kabel TV-nin siqnal ötürülməsi internetlə heç bir əlaqəsi olmadan kabel xətləri üzərindən daşınır. Rəqəmsal TV siqnalı isə internetin keçdiyi xəttin üzərindən ötürülür, daha keyfiyyətli görüntü ötürür.

Qoşulma haqqı nə qədərdir?

Qoşulma pulsuzdur.Tvin TV xidmətinə qoşulma şərtləri:

Yeni abonent – Xidmətdən istifadə barədə 12 aylıq abunə şərtləri ilə qoşulma:

Xidmətə qoşulma pulsuz
Tvin Tv avadanlığı pulsuz
İnternet modem pulsuz

12 aylıq abunə şərtləri pozulduğu halda (30 gün ödəniş olmadığı, xidmətə xitam verildiyi və yaxud yalnız telefoniya xidmətinə keçid olduğu halda) İnternet modem üçün 110 AZN, Tvin TV avadanlığı üçün 75 AZN və qoşulma haqqı 30 AZN ödəməli olacaqsınız.

Yeni abonent – Standard şərtlərlə qoşulma:

Xidmətə qoşulma 30 AZN
Tvin Tv avadanlığı 50 AZN
İnternet modem 50 AZN

Xidmətdən istifadə barədə öhdəlik götürürsünüz. Öhdəlik pozulduğu halda (3 ay ərzində ödəniş olmadığı, xidmətə xitam verildiyi və yaxud yalnız telefoniya xidmətinə keçdiyiniz halda) İnternet modem üçün 60 AZN, Tvin TV avadanlığı üçün 25 AZN ödəməli olacaqsınız.

Mövcud abonent:

Xidmətə qoşulma pulsuz
Tvin Tv avadanlığının qiyməti 75 AZN

Qoşulduqda tarifiniz Tvin TV tarifinə keçiriləcək. Tariflərimiz barədə məlumatı https://tvintv.az/ veb-səhifəmizdən əldə edə bilərsiniz.

Rəqəmsal TV-yə qoşulmaq üçün mənə nə lazımdır?

Rəqəmsal TV xidməti Optik (GPON) internet xidməti üzərindən təmin olunur. Xidmətdən istifadə etmək üçün siz yaşadığınız ünvandan asılı olaraq Aztelekom və ya Baktelecom-un təqdim etdiyi aktiv Optik (GPON) internet xidmətinə qoşulmalı və Tvin TV avadanlığı əldə etməlisiniz.

Hansı kanallar mövcuddur?

Kanalların tam siyahısı ilə tanış olmaq üçün səhifənin aşağısında "Kanallar siyahısı" hissəsinə keçid edə bilərsiniz. Gələcəkdə kanalların sayının artacağı gözlənilir.

Rəqəmsal TV xidmətinə qoşulmaq üçün nə etməliyəm?

Rəqəmsal TV xidmətinə qoşulmaq üçün yaşadığınız ərazidə Aztelekom və Baktelecom-un təqdim etdiyi Optik (GPON) internet xidməti mövcud olmalıdır. Xidmətə onlayn müraciət etmək üçün səhifənin tariflər hissəsinə keçid edə bilərsiniz.

Hansı üsulla Tvin TV xidməti üçün ödəniş edə bilərəm?

Ödəniş üsulları: Hesab.az, epul-az, mpay.az, m10.az, kassam.az saytlarının "İnternet və ya Telefoniya" hissəsində Aztelekom / Baktelecom bölməsini seçərək və ev nömrəsini daxil edərək ödəniş edə bilərsiniz. Həmçinin poçt, banklar, ödəniş terminalları (Paypoint) vasitəsilə ödəniş edə bilərsiniz.

Rusiya və xarici telekanalların yayımlarında yaranan problem nə ilə bağlıdır?

Hörmətli abunəçilər! Son günlərdə bir sıra Rusiya və digər əcnəbi telekanalların xarici yayım siqnallarının ötürmə xətlərində problemlər müşahidə olunur. Qeyd edək ki, bu problemlər “Aztelekom” və “Bakı Telefon Rabitəsi” şirkətlərindən qaynaqlanmır. Nasazlığın ən qısa vaxtda aradan qaldırılması üçün şirkətimiz və xarici tərəfdaşlarımız tərəfindən lazımi tədbirlər görülür.

Cihazı uzaqdan idarə etmə imkanı

Tvin TV məsafədən idarəetmə pultu ilə cihazınızı rahatlıqla idarə edə bilərsiniz. Sevdiyiniz kanalları sevimli kanallara əlavə etməklə, tək toxunuşda bu kanalların siyahısına keçid edə bilərsiniz. Pult vasitəsilə həm də ekran ölçülərini tənzimləyə, film və cizgi filmi kateqoriyalarına keçid edə, kanalların arxivinə keçid və s. kimi xüsusiyyətlərdən də istifadə edə bilərsiniz.

Sevilən TV kanalların siyahısına əlavə etmək

Ekran ölçülərini tənzimləmək

Video arxivinə keçid

Filmlər, cizgi filmləri və s. toplusuna keçid

Bir başa canlı yayıma qatılmaq

Tvin TV təlimatı

Tvin TV-nin istifadəsini və funksionallığını başa düşməyiniz üçün «Abonent kataloqu» hazırlanıb

Kanal siyahısı

Kanalların siyahısı ilə buradan tanış ola bilərsiniz